Anasayfa » , , » Çalış nəfəs alma (film, 2006)(azərbaycan,rus,ingilis dilində)

Çalış nəfəs alma (film, 2006)(azərbaycan,rus,ingilis dilində)


  Azərbaycan Film

 

  Çalış nəfəs alma (film, 2006)(azərbaycan dilində)



Filmdə iki qəhrəman var - bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar - kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar.

Filmi izlə (azərbaycan dilində, ingilis dilində altyazılı)



Filmi izlə (rus dilində, ingilis dilində altyazılı)
Haqqinda
Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub.
Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib.
Filmin büdcəsi 20 min manat təşkil edib.
Film Avanti layihəsi çərçivəsində dövlət tərəfindən dəstəklənən ilk layihədir.
Dərviş Prodüser Mərkəzi bu filmin çəkilişləri zamanı təsis edilib. Film "Dərviş" Prodüser Mərkəzinin ilk işidir.
[redaktə]
Festivallar və mükafatlar
1) 2006-cı ildə Bakıda (Azərbaycan) VI Beynəlxalq Audiovizual Festivalı
Ən yaxşı prodüser işinə layiq görülmüşdür.
2) 2006-cı ildə Bakıda (Azərbaycan) V Qızıl Çıraq Milli Kinematoqrafiya Müsabiqəsi
Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.
3) 2008-cı ildə Salentoda (İtaliya) Salento Finibus Terrae Beynəlxalq Qısametrajlı Filmlər Festivalı
Ən yaxşı rejissor işinə layiq görülmüşdür.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Ssenari müəllifi : Alina Abdullayeva
Rejissor : Alina Abdullayeva
Quruluşçu operator : Rövşən Quliyev
Rəssamlar : Mustafa Mustafayev, Rəşad Ələkbərov
Bəstəkarlar : Əli Həsənzadə, Törə Ağabəyova
Səs rejissoru : Teymur Abdullayev
Səs operatoru : Tariyel Həsənzadə (Tariel Həsənzadə kimi)
İcraçı prodüser : Əli İsa Cabbarov
Baş prodüser : Aynur Mustafayeva
İkinci rejissor : Ənvər Həsənov
Rejissor assistentləri : Aygün Aslanlı, Əli Abbas Qasımov
Rejissor köməkçisi : Ramil Muradov
Operator assistentləri : Nizami Səfərov, Fərşid Əlizadə
İşıqçı : Tahir Bağırov
Qrim : Eldar İsrafilov
İnzibatçılar : Tahir Əliyev, Elşən Bədəlov
Kompyuter qrafikası : Fərid Davudov
Fotoqraf : Fəxriyyə Məmmədova
Layihə məsləhətçisi : Antuan Jaku
[redaktə]
Rollarda
Fəxrəddin Manafov – kişi
Dilarə Kazımova – qız
Əzraxanım İbrahimova
Tubuxanım İbrahimova
Məleykə Ramazanova
Emil Həsənov
Əli Abbas Qasımov
Fikrət Əlizadə
Cəmil Salmanov
Seymur Məmmədov
Sevda Məmmədova
Rəhimə Cəbrayılova
Esmiralda Bağırzadə
Müsəllim Nağıyev
Qərib Vəliyev
Məlahət Əlizadə
İlham Həmidov
Nikolay Şetinkin
Anar Atakişiyev
Ramil Muradov
Nonna de Gübek
Səidə Məmmədova
Kərim Şıxəliyev
Fərid Əliyev
İrina Lesnyak
Alyona Florova
Liliya Ramazanova
Rəna Hüseynova

0 yorum:

Yorum Gönder

 
Anonymous | |
telif Hakkı© 2013. C.S Film Zalı - Tüm hakkları saklıdır
Bir Yaşam Hastası Tarafından Yazılmışdır: --- Kino CS
Blogger